waplog

2016-cı ildə smartfonların yarısı “NFC” texnologiyasını dəstəkləyəcək


2016-cı ildə satılacaq smartfonların yarıdan çoxu (52,4 faiz) mobil ödənişlər sahəsinin ən populyar “NFC” texnologiyasını dəstəkləyəcək. Bu barədə “Strategy Analytics” şirkətinin hesabatında deyilir.
 
İlkin məlumatlara görə, bu il satılan smartfonların yalnız 39,8 faizi bu funksiyaya malik olub.
 
“Strategy Analytics” nümayəndələri qeyd edirlər ki, “NFC” funksiyası ilə təchiz edilən yeni smartfonların faiz nisbəti artmaqda davam edərək 2020-ci ildə 71,8 faizə çatacaq.
 
Hazırda texnologiyadan "Apple Pay”, “Android Pay” və “Samsung Pay” kimi populyar mobil ödəniş sistemləri istifadə edir.
 
“Near Field Communication” (NFC) - 10 santimetrə yaxın məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən kiçik təsir radiuslu yüksəktezlikli simsiz rabitə sistemidir. Bu texnologiya ilə təchiz olunmuş qurğuların köməyi ilə istifadəçilər kontaktsız üsulla ödəniş edə (mal və ya xidmət, nəqliyyatda gediş haqqı və s. ödənişlər), eləcə də müxtəlif mallar haqqında məlumat ala bilərlər, - “Payspacemagazine” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL