waplog

Azərbaycanın dörd dahi şəxsiyyətinin həyat və yaradıcılığına həsr olunmuş mobil əlavə hazırlanıb


Kompüter Oyunları Milli Assosiasiyası (AzKOMA) Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Azərbaycan qəhrəmanları. Virtual bələdçi" layihəsinin növbəti mərhələsi üzrə işləri başa çatdırıb.
 






Layihə çərçivəsində Azərbaycanın dörd dahi şəxsiyyətinin həyat və yaradıcılığına həsr olunmuş mobil əlavə hazırlanıb. Şərq poeziyasının zirvəsini fəth etmiş Nizami Gəncəvi,  tanınmış dövlət xadimi Uzun Həsən, dünya şöhrətli elm xadimi Nəsrəddin Tusi və Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin həyat və yaradıcılığı barədə ən maraqlı faktları əks etdirən bu mobil əlavələr gənc nəslin maariflənməsi və onların tarixi biliklərinin genişlənməsi baxımından olduqca əhəmiyyətli rol oynayır.




 


 AzKOMA-dan bildirilib ki, layihənin unikallığı mobil təminatda öz əksini tapmış tarixi məlumatların rəngarəng illüstrasiyalar, animasiya olunmuş səhnələr və diktor səsləndirməsi ilə  müşayiət olunması və sözügedən mobil təminatın təkcə gənclər üçün deyil, elmə, ədəbiyyata və tarixə həvəs göstərən istənilən yaş həddində olan istifadəçilər üçün maraq kəsb etməsidir.




 



Adları qeyd olunan dörd dahi şəxsiyyətin həyat və yaradıcılığı ilə tanış olmaq istəyən istifadəçi həmin illüstrasiyalar sayəsində bir neçə əsr bundan əvvələ səyahət edəcək və özünü baş verən proseslərin iştirakçısı kimi hiss edəcək.
 
 





Sözügedən mobil təminat dünyada geniş istifadə olunan "touch screen" imkanlarını dəstəkləyən platformalarına uyğun hazırlanıb. Mobil əlavələrin planşet və smartfonlar da daxil olmaqla ən müasir texnologiyalar vasitəsilə izlənilməsi mümkündür. Bundan əlavə, mobil təminatın texnoloji yeniliklər əsasında hazırlanması sayəsində siz tanış olduğunuz faktları dostlarınızla paylaşa bilərsiniz.  Sözügedən mobil təminat layihə çərçivəsində hazırlanmış digər proqramların yer aldığı "Kitab rəfi" bölməsinə də əlavə olunub.
 
 
Qeyd edək ki, AzKOMA "Azərbaycan qəhrəmanları. Virtual bələdçi" layihəsi çərçivəsində işləri davam etdirmək niyyətindədir. Gələcəkdə bu proqram sayəsində  Azərbaycanın dahi ədəbiyyat, mədəniyyət, incəsənət, elm və siyasət xadimlərindən bəhs edən digər mobil əlavələr istifadəçilərin ixtiyarına veriləcək.
 
Hazırda "Azərbaycan qəhrəmanları. Virtual bələdçi" layihəsi çərçivəsində hazırlanmış mobil məlumatları yükləmək mümkündür. Belə ki, istifadəçi "Play Market"in köməyilə bu linkə daxil olub seçdiyi tarixi şəxsiyyətin adını  axtarışa vermək yolu ilə maraqlandığı materialı əldə edə bilər.
 
Birbaşa linklər:

 Uzun Həsən:

 Nizami Gəncəvi:
 
 Nəsrəddin Tusi:  

 Əcəmi Naxçıvani:
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL