waplog

Kubaya sualtı internet kabeli çəkiləcək


Kuba hökuməti adanı Mayami ilə birləşdirəcək və internetə çıxışın keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək sualtı internet kabelinin çəkilməsi haqda ABŞ-ın təklifini nəzərdən keçirir.
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, Havanada səfərdə olmuş ABŞ dövlət katibinin köməkçisi və beynəlxalq kommunikasiyalar və informasiya siyasəti üzrə koordinatoru Daniel Sepulveda bildirib ki, Kuba hakimiyyəti 2020-ci ilə əhalinin 60 faizini mobil internet və 50 faizini isə ev interneti ilə təmin etməyi planlaşdırır.
 
Hazırda Kubada internetə çıxış bahalı peyk rabitəsi və Venesuelanın optik lif kabeli vasitəsilə təmin olunur, ancaq Kubada daxili telekommunikasiya infrastrukturu az inkişaf edib, ölkədə hətta telefon kabelinin imkanlarından  tam gücü ilə istifadə olunmur.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL