waplog

“iOS 9” sisteminin “Apple” qurğuları arasında payı 19 faizə çatıb


“iOS 9” əməliyyat sisteminin quraşdırılmasını izləyən bir neçə analitik şirkətin məlumatına görə, istifadəçilər platformanı ötən il "iOS 8” sistemini yenilədikləri tempdə yeniləyirlər.

Yeni “iOS 9” sistemi artıq qurğuların 18,8 faizində quraşdırılıb ki, bu da 2014-cü ildə "iOS 8” platformasının quraşdırılma tempi ilə eynidir. Qeyd edək ki, iki il əvvəl istifadəçilər “iOS 7” sistemini daha tez yeniləyiblər.

Son 24 saatda “iOS 9” sisteminin payı 12 faizə çatıb və ötən il "iOS 8”-in quraşdırılma tempi ilə eyniləşib. Müqayisə üçün qeyd edək ki, “Android 5.0 Lollipop” əməliyyat sistemi bu göstəriciyə beş aya nail olub.

“iOS 9” platforması “iOS 8” sisteminin dəstəkləndiyi bütün qurğularda işləyir. Bu isə o deməkdir ki, bütün “iPhone” və “iPad” modelləri, o cümlədən “iPhone 4S” və “iPad 2” yeniləmək olar. Platformanın yaddaş tutumu 1,3 giqabayat təşkil edir. “iOS 9” sisteminin idarəetməsi ilə işləyən qurğuların iş vaxtı təxminən bir saat artırılıb, eləcə də smartfonun və ya planşetin iş vaxtını təxminən 3 saat artırmağa imkan verən enerjini saxlama rejimindən istifadə etmək mümkündür, - “4PDA” yazır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL