waplog

Azərbaycan və Rusiyanın əsas memarlıq incilərinin əks olunduğu markalar buraxılıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC Azərbaycan və Rusiyanın birgə buraxılışı olan iki yeni poçt markası nəşr etdirib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, markalar müasir memarlıq mövzusuna həsr edilib.
 
Markalardan birinin üzərində ön planda Qız qalası, arxa planda isə Alov qüllələri təsvir olunub.
 
Rusiyaya həsr edilmiş markanın üzərində isə ön planda Moskva Kreml, arxa planda Moskva-Siti kimi tanınan Moskva Beynəlxalq Biznes Mərkəzinin təsviri öz əksini tapıb.
 
Poçt markalarının nominal dəyəri 0,6 manat təşkil edir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL