waplog

Naxçıvanda mobil rabitə xidmətlərinin həcmi 2 faiz artıb


Naxçıvan Muxtar Respublikasında bu ilin 8 ayı ərzində mobil rabitə xidmətlərinin həcmi 27 milyona yaxın olub.
 
“ICTnews” elektron xəbər xidmətinin MR-in sosial - iqtisadi inkişafına dair növbəti hesabata istinadən verdiyi məlumata görə, bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 26 milyon 747 min manat olmaqla bir il öncəki göstəricini 2 faiz üstələyib.
 
Ümumilikdə bu ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin həcmi 31 milyon 738 min manat təşkil edib. Bu da  ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL