waplog

Azərbaycan 2015-ci il üzrə “Cənub-Cənub” mükafatına layiq görülüb


"Cənub-Cənub" mükafatı BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və bir sıra BMT-yə üzv dövlətlər, agentliklər və fondlar tərəfindən təsis olunub.
 
Sözügedən mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.
 
 
Azərbaycan 2015-ci il üzrə sözügedən mükafata layiq görülüb.
 
 Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Cənub-Cənub" mükafatı ilə təltif olunub.
 
Azərbaycan Respublikasının Prezidentinə  təqdim olunmuş mükafatı Prezidentin adından nazir Elmar Məmmədyarov qəbul edib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL