waplog

Seçkilərdə "Elektron Hökumət"in rolu


İnformasiya-kommunikasiya texnologiyaları bu gün yaşadığımız həyatın ayrılmaz hissəsidir. İKT sahəsində baş verən yeniliklər həyatın bütün sahələrinə təsir etməkdədir. İstər təhsil, istər tibb, istər dövlət idarəetmə orqanlarının fəaliyyətinə göstərdiyi müsbət təsir bu sahələrin daha səmərəli idarə olunmasına zəmin yaradır.

Belə sahələrdən biri də demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında həlledici rolu olan seçkilər prosesidir. İdarəetmədə vətəndaş iştirakını təmin edən, vətəndaş iradəsinin bərqərar olunmasına xidmət edən bu proses millətin iradəsinə uyğun ölkənin müdafiəsi və sosial-iqtisadi inkişafını təmin edən aparıcı vasitədir.
 

Müasir cəmiyyətdə əsas məqsəd bütün prosesləri daha sadə, daha şəffaf və daha sərfəli etməkdir. Bu baxımdan, daha səmərəli, daha inamlı seçki sistemi üçün informasiya-kommunikasiya texnologiyalarının rolu danılmazdır. Seçkilərdə İKT-nin tətbiqi onun nəticələrinin qısa zaman ərzində hesablanıb elan edilməsinə, maliyyə vəsaitlərinin qənaətinə və seçki sisteminin şəffaflaşmasına səbəb olur.
 

Azərbaycanda seçki prosesində İKT-nin ilkin tətbiqi 2000-ci ilə təsadüf edir. "Seçkilər" Avtomatlaşdırılmış İnformasiya Sisteminin yaradılması ilə başlanan bu iş seçki prosesini, səslərin qeydiyyata alınması və hesablanması məsələsini xeyli sadələşdirmişdir.
 

Bu gün dünya "Elektron Hökumət" təcrübələrinə nəzər saldıqda, İsveçrə və Estoniya kimi ölkələrdə seçki prosesinin sadələşdirilməsi, bu sahədə hökumətin və vətəndaşların işinin səmərəliyi və şəffaflığı baxımından seçkilər onlayn təşkil edilir. Təhlükəsiz onlayn seçki prosesinin təmini əlverişli olsa da, bir o qədər də riskli prosesdir. Estoniya e-seçki sisteminin təhlükəsizlik üzrə mütəxəssisləri tətbiq olunan sistemə belə kənar hücumların ola biləcəyi ehtimalını istisna etmirlər.
 

Ölkəmizdə isə Mərkəzi Seçki Komisiyası tərəfindən "Elektron Hökumət" portalı  vasitəsilə vətəndaşlara bir sıra elektron xidmətlər təqdim olunur.
 

Beləki, portal üzərindən,
 







Vətəndaşlarımız  portal üzərindən istənilən vaxt autentifikasiyadan keçmədən qeyd olunan xidmətlərdən istifadə etməklə faydalı məlumatları asanlıqla əldə edə və müraciətlər göndərə bilərlər.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL