waplog

«Google», «NASA» və «USRA» ən güclü kvant kompüterini satın alır


«Google» şirkəti, «NASA», həmçinin «USRA» («Universities Space Research Association») «D-Wave 2X» adlı güclü kvant kompüterini satın almaq üçün «D-Wave Systems» şirkəti ilə razılaşma imzalayıb.


Sözügedən qurğunu «QAIL» («Quantum Artificial Intelligence Lab») kvant süni intellekt laboratoriyasında quraşdırmaq planlaşdırılır.
 
 
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, yeni qurğu kvant hesablamaları, süni intellekt, kompüter təlimi və optimallaşdırma məsələləri sahəsində istifadə olunacaq. Müqaviləyə əsasən, «D-Wave Systems» şirkəti 7 il müddətinədək «D-Wave 2X» sistemini texnoloji xidmətlə təmin etməlidir. Hazırda «Google» və «NASA» əvvəlki nəsil «D-Wave Systems» kompüterlərindən istifadə edirlər.
 
 
«D-Wave 2x» kvant kompüteri «D-Wave Systems» şirkəti tərəfindən yaradılmış və 2015-ci ilin avqustunda nümayiş etdirilmiş üçüncü kvant kompüteridir və 1000-dən çox kubitdən ibarətdir. Yeni kompüter əvvəlki ilə müqayisədə iki dəfə daha səssizdir, 15 millikelvindən aşağı temperaturda işləyir.
 
 
«D-Wave Systems» şirkətinin mənzil-qərargahı Kanadada yerləşir.
Hazırda hazırladığı kvant kompüterlərini satan yeganə şirkətdir. Ənənəvi kompüterlərdən fərqli olaraq kvant kompüteri kvant mexanikasının qanunlarına uyğun işləyir.
 
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL