waplog

Elektron resurslara çıxış imkanları verən Mərkəzi Elmi Kitabxana oxucular üçün xidmətə başladı


Bu gün  Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) oxucuların istifadəsinə verilib.


MEK-dən bildirilib ki, gün ərzində oxucuların sorğuları əsasən kitab, qəzet, jurnal və elektron materiallara aid olub. Sorğular MEK-in Kitabxana-xidmət şöbəsinin əməkdaşları tərəfindən cavablandırılıb. Müasir avadanlıqlarla tam təchiz olunmuş oxu zallarında oxucular yeni standartların tələblərinə cavab verən xidmət çərçivəsində elektron resurslara çıxış imkanlarından istifadə ediblər.
 
 
İstifadəçilərin elmi məqalələr üzrə “BİOONE”, “EBSCO PREMİER”, “İOPSCİENCE”, “EDWARD ELGAR”, “ROYAL SOCİETY JOURNALS COLLECTİON” və digər məlumat bazalarına dair sorğularını kitabxananın xidmət personalı düzgün və operativ cavablandırıb.
 
Oxuculara hərtərəfli məlumat-biblioqrafiya xidməti ilə yanaşı, həm də müxtəlif texniki xidmətlər (surətçıxarma, skanlama və s.) göstərilib.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL