waplog

«HTC» şirkəti qabaqcıl smartfonunu nümayiş etdirib


«HTC» şirkəti qabaqcıl «Butterfly 3» smartfonunu nümayiş etdirib.
 
 
Yeni smartfon 2560 x 1400 piksel təsvir ölçülü 5,2 düymlük «Super LCD 3» ekranı, 2 Qhs takt tezlikli hesablama nüvəsinə malik 64 bitlik «Qualcomm Snapdragon 810» prosessoru və «Adreno 430» qrafik sürətləndiricisi və 3 QB tutumunda əməli yaddaşla təchiz edilib.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, foto və videoçəkilişlər üçün «Toshiba TK4A7» təsvir ötürücüsü, «Duo Camera» sistemi, ikiqat işıq diodu işıqlandırıcısına malik 20,2 meqapiksellik əsas kamera quraşdırılıb. Həmçinin 4K formatında videoçəkiliş mümkündür. Ön kamera 13 meqapiksellik «OmniVision OV13850» matrisi ilə təchiz edilib.
 
 
Qurğu «IP57» müdafiə dərəcəsini təmin edən (aparat toza qarşı dayanıqlıdır və bir metr dərinlikli suda 30 dəqiqə müddətində qala bilər) çox möhkəm hermetik korpusla təchiz olunub. Yeni qurğu 2700 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib və «Sense 7» interfeysli «Android 5.0 Lollipop» mobil əməliyyat sistemi ilə işləyir.
 
2015-ci ilin oktyabrında «HTC Butterfly 3» smartfonunun satışına start veriləcək.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL