waplog

Bakıda “CBC Sport” kanalının HD formatında test yayımına başlanılır


Bu gündən etibarən Azərbaycan teleməkanında yeni "CBC Sport" kanalının HD formatında test yayımına başlanılır.
 
"CBC Sport"-dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, yayıma bu gün saat 20:00-da start veriləcək. Televiziya izləyiciləri televizorlarında axtarış verməklə kanalı tapa bilərlər.
 
"CBC Sport" kanalında İtaliya və Braziliya A seriyası, Hollandiya Erediviziyası, Rusiya və Ukrayna Premyer Liqası, Türkiyə Kuboku və Super Kubokunun futbol çempionatlarından oyunları nümayiş etdiriləcək.
 
Eyni zamanda, İngiltərə, Almaniya və İspaniya çempionatlarının oyunlarından seçilmiş maraqlı görüntülər efirə veriləcək. "CBC Sport" ATP və WTA seriyalı bütün tennis turnirlərini, o cümlədən "Böyük dəbilqə" yarışlarını, Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatlarını, voleybol üzrə Türkiyə Super Liqasını nümayiş etdirmək niyyətindədir.
 
Onu na bildirməliyik ki, yaxın zamanda kanalın Bakı və Abşeron yarımadasının HD formatında yayımı təşkil ediləcək. İlkin mərhələdə HD formatında yayımı AZTV, "İdman Azərbaycan" və "CBC Sport" kanalları təşkil edəcək.


Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL