waplog

Dövlət Miqrasiya Xidməti daha bir elektron xidmətin inzibati reqlamentini təsdiqləyib


Dövlət Miqrasiya Xidmətinin (DMX) kollegiyası  "Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"i təsdiq edib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, elektron xidmət əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması və baxılmanın nəticəsindən asılı olaraq əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi və ya iş icazəsinin verilməsindən imtina edilməsini əhatə edir.
 
Sözügedən e-xidmət DMX-nin öz saytında (migration.gov.az) və "Elektron hökumət" (e-gov.az) portalı üzərindən göstərilir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL