waplog

Çində piyada tıxaclarını real vaxt rejimində göstərən xidmət istifadəyə verilib


Dünya əhalisinin sıx yaşadığı ölkələrdə Çinin "WeChat" messencerinin xəritədə şəhər küçələrində piyadaların hərəkətinin çətin olmasını real vaxt rejimində göstərən yeni xidməti faydalı ola bilər.
  

Bildirilir ki, "WeChat" xidmətinin "City Services" servisi sayəsində smartfon istifadəçiləri qurğudan vaxtında istifadə etdikdə piyada tıxaclarından yan keçə biləcəklər.

 
Xəritənin küçə və meydanlarda insanların sıxlığını real vaxtda görməyə imkan verməsi böyük əhəmiyyət kəsb edir. Xəritənin müəyyən hissəsinin qırmızı rəngdə göstərilməsi buranın insanla dolu olmasını, sarı rəngdə - küçənin orta səviyyədə yüklənməsini, yaşıl rəngdə - hərəkətin sərbəst olmasını bildirir.

 
Servis Çinin bütün böyük şəhərlərində, o cümlədən Pekin və Şanxayda fəaliyyət göstərir.
 

Turistlər üçün yeganə problem servisin hələlik yalnız Çin dilində olmasındadır, - "NEWSru" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL