waplog

Dünyanın ən çox satılan mobil telefonu hansıdır?


Necə düşünürsünüz, dünyanın ən çox satılan mobil telefonu hansıdır? «Apple iPhone 6»? Xeyr. «PhoneArena» resursunun məlumatına görə, 250 milyon «Nokia 1100» mobil telefonu satılıb və 5 il müddətində bazarda mövcud olub. Sözügedən aparat 2003-cü ildə təqdim edilib və yalnız 2009-cu ildə bazarı tərk edib.
 
 
«ICTnews.az» saytı «3dnews.ru» saytına istinadən yazır ki, «Nokia 1100» telefonu 96×65 nöqtə təsvir ölçülü ağ-qara rəngli dördsətirli ekran, daxili fənər, toza davamlı klaviatura ilə təchiz edilib və öncədən quraşdırılmış "İlan" oyununa malik olub. Aparatın yaddaş tutumu 50-dək kontakt və eyni həcmdə mesaj (25 daxil olmuş və 25 göndərilmiş) saxlamağa imkan verib.

Çıxarılıb taxılan 850 milliamper/saat tutumunda akkumulyatora malik qurğu danışıq rejimində 4,5 saat, gözləmə rejimində 400 saatadək işləyib. «Nokia 1100» mobil telefonunun dəyəri 2003-cü ildə 100 dollar təşkil edib.
 
 
Emil Hüseynov

 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL