waplog

Ümumdünya Poçt İttifaqının 141 illiyi ölkəmizdə də geniş qeyd ediləcək


"Azərpoçt" MMC tərəfindən 9 oktyabr  Ümumdünya Poçt  İttifaqının (ÜPİ) yaranmasının 141 illiyi münasibətilə geniş tədbirlər həyata keçiriləcək.
 
 
Tədbirlər Planına əsasən, əlamətdar gün münasibətilə tabeli müəssisələrdə toplantıların keçirilməsi, poçt şöbələrində və ictimai yerlərdə "9 oktyabr – Ümumdünya Poçt günüdür" sözləri yazılmış  plakatların asılması, ÜPİ-nin üzvü olan ölkələrə və ÜPİ-nin  qərargahına bayram münasibəti ilə təbriklərin  göndərilməsi, bayram  günü  texniki vasitələrin daimi işləməsini, poçt  göndərişlərinin vətəndaşlara vaxtında  çatdırılmasına nəzarətin gücləndirilməsini təmin etmək həmçinin "Azərpoçt" MMC-də və poçt müəssisələrində veteran poçt işçilərinə təbriklərin göndərilməsi nəzərdə tutulur.
 
 
 
 Bundan başqa bayram münasibətilə Kürdəmir Poçt Filialının Qocalı və Mehdili Poçt şöbəsi binalarının açılışı,"Azərpoçt" MMC-nin mobil avtomobillərinin Xaçmaz və Biləsuvar rayonlarının Xanoba və Qoşatəpə sərhəd keçid məntəqələrində maliyyə-poçt xidmətlərinin göstərilməsinin təşkil edilməsi, "Azərpoçt" MMC-də bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulan planlar sırasındadır.
 
 
 
RƏVAN
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL