waplog

Azərbaycan Dövlət Neft Şirkəti vahid idarəetmə platforması yaradır


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “PwC” və “SAP” şirkətlərinin dəstəyi ilə, “SAP ERP” əsasında müəssisə idarəetməsi üzrə sistemi istehsalat istismarına verdiyini elan edib.
 
“SAP” həllərinin tətbiqi nəticəsində əldə edilmiş vacib nəticələrdən biri kimi SOCAR beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqini misal gətirir. Biznes-transformasiya üzrə keçirilən iş sayəsində SOCAR, “Ratings”, “Moody’s” və “Standard and Poor’s” kimi   dünyanın aparıcı reytinq şirkətlərinin “BBB-/sabit”, “Ba1/sabit” və “BB + /müsbət” reytinqlərinə layiq görülüb. SOCAR-ın biznesin idarəetməsi sisteminin təkmilləşdirilməsi və biznes-proseslərin avtomatlaşdırılması üzrə uzunmüddətli proqram həyata keçirməsinin böyük nailiyyətlərindən biri istehsalın, təmirlərin planlaşdırılması, investisiya layihələrinə nəzarət və keyfiyyətin idarəedilməsi modullarının istismara verilməsi olub.
 
 
“SAP ERP” bir sıra əməliyyatların avtomatlaşdırılmasına, biznes-proseslərin unifikasiyasına və bir sıra tapşırıqların icrasını sürətləndirməyə  imkan verir. Yaxın bir neçə ay ərzində sistemin yeni funksional imkanları digər müəssisələrdə də tətbiq ediləcək.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL