waplog

RYTN Prezidentin Sərəncamının icrası məqsədilə xidmətin inzibati reqlamentində dəyişikliklər edib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"də dəyişikliklər edib.
 
Dəyişikliklərə əsasən, inzibati reqlamentin 2.2.1-ci yarımbəndində "Bakı şəhəri Vergilər Departamenti" sözləri "Vergilər Nazirliyi yanında Bakı Vergi Departamenti" sözləri ilə, "2117131" rəqəmləri "AZ17CTRE00000000000002117131" sözləri ilə, "1401555071" rəqəmləri isə "1403006271" rəqəmləri ilə əvəz olunub.
 
Bu dəyişikliklər  "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1012 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrası məqsədilə həyata keçirilib.
 
CAHANGİR
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL