waplog

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə üzrə Ümumdünya Konfransında təkliflərlə çıxış edəcək


Azərbaycan noyabrın 2-27-də Cenevrədə keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) Radiorabitə üzrə Ümumdünya Konfransda təmsil olunacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, konfrans ərəfəsində oktyabrın 26-30-da Radiorabitə Assambleyası da keçiriləcək.
 
Azərbaycanı tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Radiotezliklər İdarəsinin və “Teleradio” İstehsalat Birliyinin nümayəndələrindən ibarət heyət təmsil edəcək. İlkin məlumata əsasən, Azərbaycan nümayəndə heyəti tədbirdə bir sıra təkliflərlə çıxış edəcək.
 
Radiorabitə üzrə Ümumdünya Konfransının əsas həlledici tədbiri tezlik çeşidinin istifadəsinin reqlamentar normalarının dəyişilməsi olacaq. Bu tədbir radiotezliklərdən istifadə edən bütün sistemlərin, xidmətlərin və tətbiqlərin dayanıqlı inkişafını təmin edəcək.
 
Konfransda həmçinin mobil genişzolaqlı rabitə üçün əlavə tezlik çeşidi, həmçinin ictimai təhlükəsizliyin təmin edilməsi və fəlakət zamanı kömək göstərmək, hava nəqliyyatı sektorunda təhlükəsizliyin artırılması və ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə pilotsuz aviasiya sistemləri, simsiz bort daxili rabitə və reyslərin qlobal izlənməsi üçün tezlik çeşidi, rəqəmli bort ötürmələrinin istifadəsini və naviqasiyanın təhlükəsizliyinin artırılması üçün avtomatik identifikasiya sisteminin və dəniz rabitəsinin istifadəsi, nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni avtomobil radar sistemləri, peyk xidmətlərinin Yerin səthinin müşahidəsi məsələləri müzakirə ediləcək.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL