waplog

“5G” şəbəkəsində məlumatlar 3,6 Gbit/saniyə sürətində ötürülüb


Çinin “Huawei” şirkəti Yaponiyanın “NTT docomo” mobil rabitə operatoru ilə əməkdaşlıq çərçivəsində Yaponiyada səhra şəraitində beşinci nəsil mobil rabitə şəbəkəsi texnologiyalarının (5G) sınaqlarını keçirib. 6 QHs tezliyindən aşağı tezlikdən istifadə edən şirkətlər məlumatları 3,6 Gbit/saniyə sürətində ötürməyə nail olublar. Sınağın əhəmiyyəti ondan ibarətdir ki, bu tezliklərdən mövcud şəraitdə istifadə edildiyi halda "Nokia” və “Samsung” kimi digər şirkətlər yeni infrastruktur tələb edən tezliklərdən istifadə edirlər.  
 
“Biz çoxistifadəli mühitdə dünyanın ilk geniş sınağını uğurla keçirməyə nail olduq. Sahənin “5G”-ni 2020-ci ilədək kommersiyalaşdırmağa imkan verməsi çox sevindirici haldır və  "Huawei” və “NTT docomo” mütəxəssisləri bunun üçün böyük səy göstərirlər. Mən Yaponiyada keçiriləcək növbəti sınaq mərhələsindən böyük nəticələr gözləyirəm”, - “NTT docomo” operatorunun vitse-prezidenti Takehiro Nakamura bildirib.
 
“Səhra şəraitində birgə sınaqlar “Huawei” şirkətinin “5G” şəbəkəsinin 2018-ci ilədək hazırlanması ilə bağlı öhdəliklərinin yerinə yetirilməsi istiqamətində irəliyə atılmış böyük addımdır. Belə nəticələr göstərir ki, biz sürətlə irəliyə doğru gedirik və düzgün yoldayıq. Əminəm ki, bizim bu sınaqdan öyrəndiklərimizdən texnoloji nailiyyətlərdə öz əksini tapacaq”, - "Huawei Wireless” şirkətinin baş texniki direktoru Ven Tonq qeyd edib.
 
Qeyd edək ki, kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq “5G” mobil şəbəkəsinin buraxılış qabiliyyəti “3G” ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq, - “4PDA www.4pda.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL