waplog

Azərbaycanda informatikanı populyarlaşdıran “Bebras həftəsi” bu il 5-11 noyabr tarixlərində keçiriləcək


Azərbaycanda informatikanı populyarlaşdıran “Bebras həftəsi” bu il 5-11 noyabr tarixlərində keçiriləcək. Bu barədə məlumat verən Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun üzvü, layihə rəhbəri Adil Əliyevin sözlərinə görə, respublika turu bu dəfə təxirə salınıb:
 
 
 “Müəllimlərin və məktəblərin qeydiyyatı avtomatik şəkildə yerinə yetiriləcək. Müəllimlər xüsusi formanı dolduraraq özləri qeydiyyatdan keçə biləcəklər. Keçənilki kimi anlaşılmazlıqlar və gecikmələr aradan qalxacaq. Sertifikatları müəllimlər özləri müsabiqənin son günü bitən kimi, nəticələrlə yanaşı, müstəqil şəkildə əldə edə biləcəklər.
 
 
Qeyd edək ki, Beynəlxalq “Qunduz” müsabiqəsi (“Bebras” International Contest on Informatics and Computer Fluency) proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən “Qunduz” müsabiqəsi zamanı şagirdlər 40 dəqiqə ərzində 15 suala cavab verir. Başlanğıcı 2004-cü ildə qoyulmuş müsabiqə hazırda dünyanın 30-a yaxın ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiyada mütəmadi olaraq keçirilir. Ölkəmizdə də Azərbaycan ACM Bölməsi Təhsil Nazirliyinin dəstəyi ilə 1-7 dekabr 2014-cü ildə Azərbaycanda ilk “Qunduz” həftəsini təşkil edib.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL