waplog

«DARPA» agentliyi özü yoxa çıxacaq dronlar üzərində işləyir


«DARPA» xilasedici əməliyyatlarda (hərbi əməliyyatlar və ya təbii fəlakətlər zamanı) birdəfəlik ucuz dronlardan istifadəni təqdir edir və «ICARUS» proqramı üzərində işləyir. Sözügedən dron operatorun komandası ilə və ya suya düşdükdə özü yoxa çıxacaq.
 
 
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, aparılan işin son nəticəsi çatdırmadan 4 saat sonra və ya alaqaranlığın düşməsindən 30 dəqiqə sonra yoxa çıxa bilən dron olacaq. Dron hədəfdən 10 metrədək radiusda 1,4 kq ağırlığında yükü çatdıra biləcək. «ICARUS» dronları 10 min km hündürlükdən hava şarlarından buraxılacaqlar.
 
 
«DARPA» bu iddialı məsələnin həllinə 8 milyon dollar yatırıb. Agentlik 26 ay ərzində sözügedən dronun işlək prototipini yaratmağa ümid edir.
 
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL