waplog

Bakıda bulud texnologiyaları və virtuallaşma üzrə konfrans keçiriləcək


Bakıda oktyabrın 28-də bulud texnologiyaları və virtuallaşma mövzusunda "VMware Tour 2015" konfransı keçiriləcək.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində iştirakçılar İT infrastrukturun yeni imkanları haqda məlumat ala biləcəklər.
 
Məlumat üçün bildirək ki, "VMware Tour" konfransları artıq dörd ildir ki, Rusiyanın və MDB-nin ən iri şəhərlərində keçirilir. Bu konfranslarda hər il minlərlə İT mütəxəssis, vendor, sifarişçi və tərəfdaş iştirak edir.
 
Bakıda keçiriləcək "VMware Tour"un iştirakçıları virtuallaşma və bulud hesablamaları sahəsində aparıcı texnologiya və yeni məhsullarla tanış olma imkanı əldə edəcəklər.
 
"VMware" nümayəndələri istənilən qurğuda istənilən əlavə üçün vahid buluddan istifadəni nəzərdə tutan yeni "One Cloud, Any Application on Any Device" konsepsiyası haqqında məlumat alacaqlar.
 
Tədbirdə "VMware" şirkətinin Rusiya və MDB üzrə texniki direktoru Vladimir Tkaçov, şirkətin bulud  texnologiyalarının inkişafı üzrə meneceri Aleksandr Kuznetsov məruzə ilə çıxış edəcəklər.
 
Tədbirdə iştirak etmək üçün bu saytda qeydiyyatdan keçmək mütləqdir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL