waplog

Azərbaycanda 9 ayda elektron ticarətin həcmi 2 dəfə artıb


Bu ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə həyata keçirilən elektron ticarətin həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin doqquz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 9,3 milyon manat təşkil edib.

Əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artım qeydə alınıb.

Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,2 faizi hüquqi şəxslərdən, 7,8 faizi isə fərdi sahibkarlardan alınıb. E-ticarət dövriyyəsinin 96,4 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL