waplog

Azərbaycanda kompüter texnologiyalarını və virtual modelləşmənin istifadəsi ilə unikal əməliyyat keçirilib


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yalnız dünyanın qabaqcıl klinikalarında icra oluna bilən əməliyyat baş tutub.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, kompüter texnologiyalarından və virtual modelləşmədən istifadəsi keçirilən unikal əməliyyat çənədə şişin götürülməsi, incik  sümüyü ilə çənə sümüyünün bərpası və diş protezləşdirilməsi üzrə aparılıb. Orta yaşlı qadında aparılan əməliyyat zamanı çənədə yayılmış şiş götürüldükdən dərhal sonra diş implantları yerləşdirilib. 

Mikrocərrahiyyə texnikasının tətbiqilə icra olunan əməliyyatın unikallığı  ondadır ki, burada həm şişin götürülməsi, həm defektin aradan qaldırılması, eyni zamanda xəstənin protez reabilitasiyası eyni mərhələdə baş tutub.

Əməliyyatdan öncə hazırlıq prosesində ən muasir kompüter texnologiyalarından istifadə etməklə virtual modelləşmə ilə planlaşdırılma aparılıb. Əməliyyat xüsusi naviqasiya qurğudan istifadə etməklə  yüksək ixtisaslı cərrahlar tərəfindən həyata keçirilib.

Aynur Vəliyeva


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL