Azərbaycanda rəqəmli hüquqların idarəedilməsi strukturu yaradılıb
Azərbaycanda rəqəmli hüquqların idarəedilməsi strukturu yaradılıb.
Müəllif Hüquqları Agentliyindən (MHA) verilən məlumat görə, bunu MHA-nın sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Frensis Qarri ilə Cenevrədə keçirilən görüşdə deyib.
O bildirib ki, bu, bir neçə vacib komponentlərin birləşməsindən ibarətdir: hüquq (özü də yeni internet platformaları nəzərə alan), infrastruktur, mədəniyyətdə baş verən dinamik dəyişikliklər, o cümlədən internet mədəniyyəti nəzərə alınmaqla, həmçinin ən yaxşı biznes modellər.
Agentlik sədri qeyd edib ki, araşdırmalara əsaslanan bu işlər hazırda implementasiya mərhələsindədir və bununla əlaqədar ÜƏMT-nin qlobal məlumat bazası və Azərbaycan əsərlərinin rəqəmsal məlumat bazasının əlaqələndirilməsi çox səmərəli olardı.
İnternetin transsərhəd və çoxyurisdiksiyalı olduğunu nəzərə alaraq, sözügedən bazaların uyğunlaşdırılması vacib məsələlərdən biridir”, - deyə K.İmanov əlavə edib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL