waplog

Dünyanın ən böyük «Apple Store» mağazası oktyabrın 29-da Dubayda açılacaq


Dünyanın ən iri «Apple Store» ticarət nöqtəsinin açılış tarixi məlumdur. Ticarət nöqtəsi oktyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri Dubayda öz işinə başlayacaq. Eyni zamanda Abu Dabi şəhərində «Apple Store» açılacaq. Cari ilin avqustunda BƏƏ hakimiyyətindən sözügedən mağazaların açılışı üçün icazə alınıb.
 
 
«ICTnews.az» saytı «macdigger.ru» saytına istinadən yazır ki, Dubayda «Apple Store» mağazasının açılması ilə bağlı gecikmə yerli qanunlarla bağlı olub. BƏƏ tənzimləyici orqanları uzun müddət xarici iş adamları tərəfindən nəzarət edilən istənilən şirkətin fəaliyyətini qadağan edib. Ancaq son zamanlar yerli hakimiyyət xarici investorları dəstəkləyən bir sıra sənədlər qəbul edib.
 
 
Sözügedən mağaza «Mall of the Emirates» ticarət əyləncə mərkəzində yerləşib. Mağazanın ticarət sahəsi təxminən 50 min kvadrat fut (4645 kv. Metr) təşkil edəcək.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL