waplog

Bir telefon nömrəsindən bir neçə qurğuda istifadəyə imkan verən ilk xidmət istifadəyə verilib


ABŞ-ın "AT&T" telekommunikasiya şirkətinin abunəçiləri "NumberSync" adlanan yeni xidmətdən istifadə edə biləcəklər. Xidmət bir telefon nömrəsindən müxtəlif telefon, planşet və digər qurğularda istifadəyə imkan verir. Zəngi istəyə uyğun və ya quraşdırılma funksiyalarından asılı olaraq istənilən qurğuda qəbul etmək mümkün olacaq.

"NumberSync" xidmətinin əsaslandığı texnologiya "Cascade" adlanır və "AT&T" onu ötən ildən sınaqdan keçirməyə başlayıb.

Funksiyanın smartfonlarda dəstəklənməsi üçün xüsusi proqram təminatının quraşdırılması tələb olunur. "AT&T" qarşısına bütün istehsalçılarla birlikdə işləmək və "ağıllı" saatlar daxil olmaqla daha çox qurğuları dəstəkləməyi məqsəd qoyur. Xidmət üçün ayrıca ödənişin edilməsi nəzərdə tutulmur, lakin tarif bir neçə qurğuya qoşulacaq ki, nəticədə hər qurğu üçün 5-10 dollar ödəniş ediləcək.


"NumberSync" xidmətinin mobil rabitə şəbəkəsi vasitəsilə işləməsinə görə qurğuların bir-birinin yanında olması tələb olunmur və bu halda əsas telefon söndürülmüş vəziyyətdə də ola bilər. Bu isə texnologiyanı onun bir sıra analoqlarından fərqləndirir. Məsələn, "Apple" kompüter və ya planşetdə zəngləri qəbul etməyə imkan verir, lakin bütün qurğular aktiv olmalı və eyni "Wi-Fi" şəbəkəsinə qoşulmalıdır.


"AT&T" nümayəndələrinin sözlərinə görə, "NumberSync" avtomobillərdə telefonun "Bluetooth" vasitəsilə səsgücləndirici qurğuya qoşulması kimi mürəkkəb prosesi uğurla əvəz edə bilər.


Qeyd olunur ki, zaman ötdükcə insanlar harada olmalarından asılı olmayaraq əl altında olan bütün qurğulardan zənglərə cavab verə biləcəklər, - "Telekomza"  yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL