waplog

Azərbaycanda mobil rabitə xidmətlərindən 660 milyon manat gəlir əldə edilib


Azərbaycanda mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilən gəlirin həcmi 660 milyon manata yaxınlaşır.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu ilin doqquz ayı ərzində Azərbaycanda 657,2 milyon manatlıq mobil rabitə xidmətləri göstərilib.
 
Bu arada qeyd etməliyik ki, mobil rabitədən əldə edilən gəlir hesabat dövründə rabitə və informasiya xidmətlərinin ümumi həcminin 54 faizini təşkil edir.
 
Xatırladaq ki, ölkədə bu ilin doqquz ayı ərzində 1216,6 milyon manatlıq xidmət göstərilib.
 
Aynur Vəliyeva 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL