waplog

Naxçıvan MR-də yeni avtomat telefon stansiyaları qurulub


Bu ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kürçülü kəndində 384, Babək rayonunun Qoşadizə kəndində 336, Culfa rayonunun Şurud və Gal kəndlərinin hər birində 384 nömrə tutumlu avtomat telefon stansiyaları qurulub.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Naxçıvan MR-in cari ilin yanvar-sentyabr aylarındakı sosial-iqtisadi inkişafına dair hesabatda qeyd olunub.
 
 
Eyni zamanda, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası davam etdirilib, 28 fərdi mənzilə optik kabel xətti çəkilib.
 
 
Bundan əlavə, muxtar respublikada cari ilin ötən dövrü ərzində 119,4 kilometr məsafədə fiber-optik kabel xəttinin çəkilişi aparılıb.

 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL