waplog

Çin "Nokia” və “Alcatel-Lucent” şirkətlərinin birləşməsinə icazə verib


Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” Çin Ticarət Nazirliyindən (MOFCOM) rəqibi “Alcatel-Lucent” Fransa-ABŞ şirkətinin satın alınmasına icazə verilməsini açıqlayıb. Bununla iki şirkətin birləşməsi yolunda daha bir maneə aradan qaldırılıb.

“MOFCOM”-un bəyanatında deyilir ki, “Nokia” 10 dekabr 2015-ci ildə simsiz rabitə standartlarından istifadəyə və patentlərin lisenziyalaşdırılmasına aid müəyyən şərtləri yerinə yetirməyə razılıq verib. Çin hakimiyyətinin bazarı “Nokia” və “Alcatel-Lucent” şirkətlərinin aktivlərinin birləşməsi nəticəsində mənfi təsirlərdən qorumağa yönələn tələbləri barədə ətraflı məlumat verilmir.

Bu ilin aprelində Finlandiya istehsalçısı “Alcatel-Lucent” şirkətini 15,6 milyard avroya satın almasını açıqlayıb. 2016-cı ilin birinci rübündə tamamlanması planlaşdırılan saziş “Lucent Technologies” şirkətinin “Ascend Communications” şirkətini 21 milyard dollara satın aldığı 1999-cu ildən telekommunikasiya sahəsində ən böyük saziş olacaq. Həmçinin “Nokia” tarixində bu satınalma ən böyük satınalma hesab edilir. İyulun sonunda saziş Avropa Komissiyası tərəfindən təsdiqlənib.

“Alcatel-Lucent”in satın alınması Finlandiya istehsalçısına İsveçin "Ericsson” və Çinin “Huawei” şirkətləri ilə rəqabət aparmağa imkan verəcək. 

2014-cü ildə şirkətlərin ümumi gəliri 27 milyard dolları ötüb. Əməkdaşların ümumi sayı isə 100 minə yaxındır, - “DailyComm” yazır.  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL