waplog

Avtobuslarda yeni nəzarət sistemi quraşdırılır


Azərbaycan avtobuslarında GPS treker adlanan telematik bloklar quraşdırılır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu qurğular nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı, ölçmə cihazının vəziyyəti (mühərrik işə salınıb, qapı açıq qalıb və sairə) barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür.
 
Sistemin köməyi ilə dispetçer istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə nəzarət edə bilər.
 
Sürücülük qabiliyyətinin qiymətləndirilməsi prosesi izləmə avadanlığından əldə edilən məlumatın əsasında tərtib olunur. Hesablamanın əsasını sürətin aşması, kəskin sürətləndirmə, əyləc, dönüş və sairə göstəricilər təşkil edir. Sistemin köməyi ilə səhlənkar sürücüləri müəyyən etmək, yol hərəkətinin təhlükəsizliyini artırmaq, yanacaq və istismar xərclərinə də xeyli qənaət etmək üçün imkan yaradılır.
 
Eyni zamanda, avtomobillərin texniki baxış prosesinin idarə edilməsini avtomatlaşdırmaq məqsədilə hər nəqliyyat vasitəsi üçün ayrılmış elektron xidmət kitabçasının qeydiyyatını və idarə edilməsini təmin edən modul mövcuddur. Bu modulda avtomobilin bütün texniki göstəricilərinin qeydiyyatı və uçotu aparılacaq. Hazırkı modul avtomobilin gözlənilmədən sıradan çıxması riskini azaltmaq və onun texniki xidmət xərclərini aşağı salmağa imkan yaradacaq.
 
Sistem artıq paytaxtda 43 marşrut xətti üzrə fəaliyyət göstərən 640 avtobusda quraşdırılıb. Həmçinin, dayanacaqlardakı  informasiya terminallarında avtobusların çatma vaxtlarının da əks olunması istiqamətində işlər aparılır. Belə ki, avtobuslarda quraşdırılan izləmə cihazı vasitəsilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək.
 
Bununla da sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL