waplog

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində bir sıra nanoməhsulların prototiplərinin hazırlanması üzrə işlər davam etdirilib


Cari ilin 9 ayı  dövründə Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində də bir sıra nanoməhsulların prototiplərinin hazırlanması üzrə işlər davam etdirilib.

Belə ki, istiliyə və güclu mexaniki təsirə davamlı elektromaqnit xassələrinə malik təmiz və kiçik diametrli (5-10 nm) karbon nanoborular alınıb və polimer materiallara tətbiqləri öyrənilib.

LED-lampaları elektrik dövrəsinə qoşmaq üçün impulsviricilər hazırlanıb. Həmçinin, 11%-lik karbon nanoborular əsasında maqnit sahəsinə həssas sensorlar hazırlanıb.

Bu cür sensorların üstünlüyü ondan ibarətdir ki, öz kiçik ölçülərinə baxmayaraq onların keçiriciliyi ətraf mühitdəki maqnit sahəsi altında kəskin dəyişir.
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL