waplog

«Zara» mağazalar şəbəkəsinin banisi bir neçə saatlıq Bill Qeytsdən zəngin olub


İspaniyalı iş adamı, «Zara» mağazalar şəbəkəsinin yaradıcısı Amansio Orteqa «Forbes»in reytinqində «Microsoft»un həmtəsisçisi Bill Qeytsi geridə qoyaraq bir neçə saatlıq dünyanın ən zəngin insanı olub.
 
 
«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, bu reytinqin özəlliyi ondadır ki, səhmlərin məzənnə dəyişikliyi nəzərə alınaraq real vaxt rejimində yenilənir. Belə ki, «Forbes»in məlumatına görə, son gün ərzində Orteqanın varidatı 3,9 milyard dollar artaraq 79,7 milyard dollar təşkil edib. Halbuki həmin anda Qeytsin varidatı 78,1 milyard dollar məbləğində qiymətləndirilib.
 
 
Ancaq Orteqanın sevinci çox çəkməyib, axşama yaxın maliyyə hit paradında yenidən dəyişiklik qeydə alınıb. Qeyts birinci pilləyə yüksəlib.
 
 
Sözügedən reytinqdə ilk beşlikdə Uorren Baffett (64,4 milyard dollar), Karlos Slim (63,1 milyard dollar) və Cef Bezos (53,4 milyard dollar) qərarlaşıb.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL