waplog

Gözlərin hərəkəti ilə idarə olunan proqram təminatı yaradılıb


London İmperiya kollecində çalışan alimlərin hazırladığı proqram təminatı gözlərin hərəkəti ilə robotları idarə etməyə imkan verir.
 
 
Alimlər bildirib ki, sözügedən texnologiya sayəsində robotlar əlillərə kömək edə bilər. Həmçinin o, eyni zamanda bir neçə işlə məşğul olmağa imkan verir. Sistemə quraşdırılmış alqoritm insanın baxdığı nöqtələrin ardıcıllığını müəyyənləşdirir və bundan sonra robotun hərəkəti üçün bu komandaları  icra edir.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «gazeta.ru»-ya istinadən   yazır ki, "təsəvvür edin ki, siz eyni anda rəsm çəkə, su içə və ya uşağı saxlaya bilərsiniz. Beləliklə, insanın ətraf aləmlə qarşılıqlı əlaqə yaratması üçün yeni üsullar mövcuddur" - London İmperiya kollecinin biomühəndislik  bölməsinin direktoru Aldo Feysal deyib.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL