waplog

Azərbaycan və Estoniya İT və bank fəaliyyəti üzrə əməkdaşlığı genişləndirir


Azərbaycan və Estoniya İT və bank fəaliyyəti sahələrində əməkdaşlığı genişləndirir. Azərbaycan və Estoniya arasında İT, bank işi, təhsil, səhiyyə sahələrindəki əməkdaşlıq hazırda perspektivli görünür. Bu barədə Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov bildirib.

Səfir deyib ki, iki ölkənin əməkdaşlığının prioritet istiqamətləri yaxın gələcəkdə təşkil olunacaq ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya tərəfindən müəyyənləşdiriləcək.

"Komissiyanın təşkili tamamlanmaq üzrədir. Eston tərəfi artıq öz təkliflərini hazırlayıb və ümid edirəm ki, Azərbaycan tərəfi də öz təkliflərini hazırlayacaq", - deyə səfir bildirib.

Ümumilikdə səfir iki ölkə arasındakı əlaqələrin böyük potensiala malik olduğunu bildirib.

"Fəal işlə, o cümlədən hökumətlərarası komissiyanın fəaliyyəti ilə qarşılıqlı investisiyalar üçün yeni imkanlar müəyyənləşdirilə bilər.

Onun sözlərinə görə, həmçinin, ənənəvi perspektivlər kimi, kənd təsərrüfatı məhsulları, ərzaq sənayesi və digər sahələrdəki əməkdaşlıq öz yerini qoruyur.

"Hazırda ölkələr arasındakı əmtəə mübadiləsini həcmi kifayət qədər deyil. Bu, ölkələrin coğrafi mövqeləri ilə də əlaqədardır. Buna görə də hesab edirəm ki, əsas güc İT, bank işi və iqtisadiyyatın digər sahələrinə veriləcək, çünki bu sahələr ağır yük deyil, texnologiyaların yerdəyişməsini nəzərdə tutur", - o deyib.

Səfirin sözlərinə görə, ölkələr arasında yaxşı iqtisadi əlaqələrin təmini üçün iki əsas baza sənədi - ikiqat vergitutmadan qaçma və investisiyaların qorunması üzrə sazişlər imzalanıb. "Zərurət yaranarsa, digər sazişlər də hazırlana bilər", - o deyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL