waplog

Yaxın gələcək süni intellektlə təchiz edilmiş sürücüsüz hərəkət edən avtomobillər dövrüdür


«Renault-Nissan» konserninin direktoru Karlos Qon hesab edir ki, süni intellektlə təchiz edilmiş sürücüsüz hərəkət edən avtomobillər yaxın gələcəkdə bazarda üstünlük təşkil etməyə başlayacaq və onun şirkəti artıq 2016-cı ildən ilk əvvəl Yaponiya, daha sonra Çin, ABŞ və Avropa İttifaqı ölkələrində belə tipli ilk avtomobillərin satışına start vermək niyyətindədir. Dünya üzrə tanınmış menecer bu haqda «Tokyo Motor Show 2015» avtomobil salonunda deyib.
 
 
"Yol-nəqliyyat hadisələrinin 90 faizi insanların səhvi ucbatından baş verir - Karlos Qon mətbuat konfransında deyib. - Avtomatik idarəetmə funksiyası bu çatışmazlığı aradan qaldıracaq, səfərinizi daha təhlükəsiz və xoş edəcək".
 
 
Yaponiyanın bütün aparıcı avtomobil şirkətləri 2020-ci il Tokio yay Olimpiadasına kimi yanacaq hidrogen elementləri ilə işləyən avtomobillərin satışına başlamaq niyyətindədirlər.
 
 
Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL