waplog

Bakıda Beynəlxalq Sertifikatlı Proqram Təminatının Test Olunmasının Əsasları üzrə təlim keçiriləcək


Bakıda "Keytorq" şirkətinin təşkilatçılığı ilə ISTQB Beynəlxalq Sertifikatlı Proqram Təminatının Test Olunmasının Əsasları Təlimi keçiriləcək.
 
"ICTnews"  elektron xəbər xidmətinin məlumatına əsasən, təlimlər 10-11  dekabr tarixində baş tutacaq.
 
Təlim çərçivəsində  "Proqram Təminatının Test Olunmasının Əsasları", " Proqram Təminatının İnkişaf Mərhələsində Testin Əhəmiyyəti",  "Test Texnikaları",  "Testlərin Avtomatlaşdırılması Vasitələri", "Təlimdə istifadə ediləcək tətbiqi tapşırıqlar" modulları üzrə məruzələr təqdim ediləcək.
 
Eyni zamanda, Proqram Təminatının Hazırlanmasının Yaşam Dövrü (SDLC) Təlimi keçiriləcək.
 
Bu təlim "Layihə İdarə Olunması və Proqram Təminatının Çatdırılması Yaşam Dövrü", "Biznesin Təhlili / Business Analysis", "Proqram Təminatının Test Olunması / Software Testing", "User Experience & Usability" modullarından ibarət olacaq.
 
Aynur Vəliyeva



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL