waplog

«Google» şirkəti «Wi-Fi» siqnalını gücləndirən "ağıllı" router təqdim edib


«Google» şirkəti «Asus» elektronika istehsalçısı ilə birgə seçilmiş qurğu üçün siqnalın gücləndirilməsi funksiyasına malik «OnHub» "ağıllı" routerinin ikinci nəslini təqdim ediblər.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, «Google» şirkətinin nümayəndəsi bildirib ki, seçilmiş qurğu üçün «Wi-Fi» siqnalını gücləndirmək üçün əli «Asus OnHub» qurğusunun üzərinə yaxınlaşdırmaq lazımdır. Qurğunu idarə etmək üçün «iOS» platforması ilə işləyən smartfon və ya «Google On App» tətbiqi quraşdırılmış «Android» əsaslı smartfon lazım olacaq.
 
 
Sözügedən qurğu cari ilin noyabrında 219,99 dollar qiymətinə satışa çıxarılacaq.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL