waplog

Azərbaycanda ilk dəfə yenidənhazırlanma təhsilinə dinləyici qəbulu ancaq elektron qaydada həyata keçirilib


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkədə ilk dəfə olaraq yenidənhazırlanma təhsilinə dinləyici qəbulu ancaq elektron qaydada həyata keçirilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bunun üçün heç bir imtahan, müsahibə və müsabiqə tələb olunmayıb.
 
Qəbul olunan dinləyicilərin adları elektron sənəd qəbulunun bitdiyi tarixdən sonrakı həftə ərzində sənəd qəbulu komissiyası tərəfindən elan olunub.
 
Rektor Ədalət Muradov yenidənhazırlanma təhsilinə qəbul olunanlarla görüşdə belə deyib.

Bildirib ki, sənəd qəbulunun elektron qaydada aparılmasında məqsəd obyektivliyi və şəffaflığı təmin etməkdən ibarətdir. Rektor növbəti illərdə də prosesin bu qaydada aparılacağını qeyd edib.



Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL