waplog

Səfir: “Azərbaycanla Fransa arasında bir sıra İKT layihələri həyata keçirilib”


Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Aurelia Buşeninin etimadnaməsi qəbul edilib. Səfir etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
 
Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Azərbaycan və Fransa arasında siyasi, iqtisadiyyat, elm-təhsil, enerji, İKT və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
 
Qeyd olunub ki, iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq edilir.
 
 Eyni zamanda peyk sahəsində də layihələr həyata keçirilib.
 
 
Səfir Aurelia Buşe diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.
 
 
Nazir Elmar Məmmədyarov səfir Aurelia Buşeyə diplomatik fəaliyyətində uğurlar arzu etdi.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL