waplog

330 dollarlıq qabaqcıl smartfon təqdim olunub


Orta səviyyəli yeni «Huawei G7 Plus» smartfonu təqdim olunub.
 
 
«Huawei G7 Plus» modeli 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 1,5 QHs takt tezlikli və 64 bitlik arxitektura dəstəkli 8 nüvəli «Qualcomm Snapdragon 615» prosessoru, həmçinin 5 meqapiksellik əsas, 13 meqapiksellik ön kameralarla təchiz edilib.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, fabletin versiyasından asılı olaraq əməli yaddaşın tutumu 2 və ya 3 QB, daxili fləş daşıyıcının tutumu isə 16 və ya 32 QB təşkil edir. Rəqəmli məzmunun saxlanılması üçün həmçinin 128 QB tutuma malik «microSD» çıxarılıb taxılan yaddaş kartlarından istifadə etmək olar.
 
 
Bundan başqa, yeni qurğu 3000 milliamper/saat tutumlu akkumulyator batareyası, «Bluetooth 4.0», «Wi-Fi», «GPS/A-GPS» və «LTE» simsiz rabitə modulları, daktiloskopik sensora malikdir.
 
 
Qurğunun fiziki ölçüləri 152,5x76,5x7,5 mm, çəkisi 167 qramdır. Aparata «EMUI 3.1» interfeysli «Android 5.1» mobil əməliyyat sistemi quraşdırılıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL