waplog

Avropada fərdi kompüter bazarının həcminin kəskin azalmasının səbəbi nədir?


2015-cu ilin üçüncü rübündə «EMEA» regionunda fərdi kompüter (FK) bazarı ədədi ifadədə təxminən 25 faiz azalıb. Bir neçə amili buna səbəb göstərmək olar. Əsas amillərdən biri siyasi qeyri-sabitlikdir.
 
 
«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, cari ilin üçüncü rübündə «EMEA» (Avropa, Yaxın Şərq, Afrika) regionuna FK-in tədarükü 23 faiz yüksələrək 18,4 milyona yaxınlaşıb. O cümlədən korporativ seqmentdə satışların həcmi 17,2 faiz, istehlak seqmentində isə 28,1 faiz azalıb. «IDC» analitik şirkətinin məlumatına əsasən, bu halda istehlak seqmentində tələbat mobil FK istiqamətinə doğru dəyişir.
 
 
2015-ci ilin üçüncü rübündə «EMEA» regionuna noutbukların tədarükü 22,8 faiz, masaüstü kompüterlərin tədarükü isə 23,3 faiz azalıb.
 
 
Tədarük həcminin sürətli azalması bir neçə amillə, birincisi, regionun bəzi ölkələrində valyuta məzənnəsinin dəyişikliyi, ikincisi, Şərqi Avropa və Yaxın Şərqdə siyasi qeyri-sabitliklə bağlıdır.
 
 
«EMEA» regionuna tədarük həcminə görə 5 aparıcı FK istehsalçısı aşağıdakı kimi sıralanıb: «Asustek» (8,2 faiz), «Acer» (9,6 faiz), «Dell» (10,1 faiz), «HP», (23,7 faiz), «Lenovo» (20,1 faiz).
 
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL