waplog

“Elektron hökumət” portalının mobil tətbiqində hansı e-xidmətlər əlçatandır?


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin apardığı statistikaya görə , elektron arayışlar (çıxarışlar) "Elektron hökumət" portalında ən çox istifadə olunan xidmətlər sırasında yer alır.
 
Buna görə də sosial tələbatın çox olduğu elektron çıxarışlar "Elektron hökumət" portalının mobil əlavəsində də istifadəyə verilib.
 
Hazırda vətəndaşlar "Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış", "Yaşayış yeri haqqında arayış", "Diplom haqqında arayış", "Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış", "Vətəndaş haqqında "tələbə məzun" dövlət elektron məlumat sistemindən çıxarış" və "Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış"ı mobil telefonlarından istifadə edərək formalaşdırıb aidiyyəti quruma göndərə bilərlər.
 
Bununla yanaşı, hazırda mobil əlavə üzərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Poçt indeksinə görə küçələrin axtarışı", "Mobil cihazların IMEI kodunun yoxlanılması", "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi", "Qısa nömrələrlə bağlı məlumat", "Ölkədaxili yığım kodları – şəhərlərarası kodlar", "Beynəlxalq ölkə kodları", Səhiyyə Nazirliyinin "Dərman vasitələri haqqında məlumatın verilməsi", "İmmunoprofilaktika üzrə məlumatın verilməsi (Peyvənd təqvimi)", İmmunoprofilaktika üzrə məlumatın verilməsi (Peyvəndlər barədə məlumat), Daxili İşlər Nazirliyinin "FİN-ə görə fərdi məlumatların axtarışı" və Ədliyyə Nazirliyinin "Azərbaycan adları barədə məlumatın verilməsi" e-xidmətlərindən yararlanmaq olar.
 
Mobil əlavədə xidmətlərlə yanaşı vətəndaşın "Elektron hökumət" portalının "Elektron Ödənişlər" xidməti  vasitəsilə əlavə etdiyi ödəniş xidmətləri barədə məlumatlandırma hissəsi də mövcuddur. Bu bölmədə vətəndaş bir çox xidmətlər üzrə  borc məlumatlarını əldə edə bilir.
 
Eyni zamanda bu xidmətlər üçün bildiriş almağı aktiv etdikdə, ödənişlər barədə borclar və ödəmə bildirişlərini də vaxtaşırı  əldə etmək mümkündür.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL