waplog

Tələbələr ödənişi selfi vasitəsilə həyata keçirə biləcəklər


ABŞ-ın Kanzas ştatının Cənub-Qərb Kollecinin tələbələri yemək-içmək üçün ödənişi mobil telefon vasitəsilə edə bilirlər.

Mobil ödənişləri həyata keçirmək üçün ABŞ tələbələrinin smartfonda "Lucova” və “Fresh Ideas Food Management” şirkətləri tərəfindən istifadəyə verilən "FreshX” əlavəsini quraşdırmaları tələb olunur.
"BLE” (Bluetooth Low Energy) texnologiyasından istifadə edən “FreshX” ödəniş həllindən “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu sahibləri yararlana bilərlər.


Bildirilir ki, istifadəyə başlamazdan əvvəl tələbələr mobil əlavəyə ödəniş kartı haqqında məlumatları daxil etməlidirlər. Qeydiyyat zamanı həmçinin fotoşəkilin yüklənməsi tələb edilir. Bu halda istifadəçilər sadəcə selfi edə bilərlər.


Tələbələr yeməkxanaya daxil olan zaman POS-terminal istifadəçini identifikasiya edərək ekrana tələbənin profilini onun şəkli ilə birlikdə daxil edir. Bundan sonra yeməkxana işçisi ona baxaraq təsdiqləyə bilir.


Qeyd etmək lazımdır ki, ödəniş həlli tələbələrə yemək-içmək üçün ödənişi mobil qurğu vasitəsilə həyata keçirməyə imkan verir və bu halda onun cibdən çıxarılmasına ehtiyac yoxdur. Qəbz və toplanan ballar “FreshX” əlavəsində saxlanılır, - "Payspacemagazine”  yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL