waplog

“Bakcell” LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirməkdədir.

"Bakcell" şirkəti Azərbaycana səfər edən qonaqlara 4G LTE rouminq xidmətlərini təklif edən ilk və yeganə ölkə mobil operatorudur. Eyni zamanda, "Bakcell" ölkədə yeganə mobil operatordur ki, 4G LTE xidmətindən istifadə edən abunəçilərinə başqa ölkədə səfərdə olarkən yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətindən faydalanmaq imkanı yaradır.
 
2015-ci ilin may ayında 4G xidmətinin istifadəyə verilməsindən qısa müddət sonra "Bakcell" dünyanın 14 ölkəsində LTE rouminq xidmətini təqdim etməyə başladı.
 
 "Bakcell" şirkətinin ölkə xaricində rouminq xidmətlərini göstərən tərəfdaşlarının sayı son 6 ay ərzində iki dəfə artıb. İndi şirkətin abunəçiləri dünyanın 20 ölkəsində 27 rouminq tərəfdaşın dəstəyi ilə öz smartfon və planşetlərini 4G LTE şəbəkələrinə qoşmaqla roumunq xidmətindən dəyərlənə bilirlər.
 
"Bakcell" 4G rouminq xidmətinin aktiv olduğu ölkələrin və operatorların siyahısı aşağıda təqdim olunub:
 
  Ölkə    Operatorun adı
1 Belçika
 
Belgacom Proximus
2 Çex Respublikası
 
Vodafone
3 Fransa
 
SFR
4 Almaniya
 
Vodafone
5 Almaniya
 
T-Mobile
6 Yunanıstan
 
Vodafone Panafon
7 Honq Konq
 
Hong Kong Telecommunications (HKT) (CSL)
8 İrlandiya
 
Vodafone
9 İtaliya
 
Vodafone
10 İtaliya
 
TIM
11 Koreya
 
KT Corporation
12 Lüksemburq
 
Tango
13 Portuqaliya
 
Vodafone
14 Rumıniya
 
Vodafone
15 Rusiya
 
MTS
16 Rusiya
 
Megafon
17 Rusiya
 
Vimpelcom (Beeline)
18 Cənubi Afrika
 
Vodafone
19 Şri-Lanka
 
Dialog Axiata PLC
20 Yeni Zelandiya
 
Vodafone
21 İspaniya
 
Vodafone
22 İspaniya
 
Orange
23 Niderland
 
Vodafone
24 Niderland
 
KPN
25 Birləşmiş Krallıq
 
Vodafone
26 ABŞ
 
AT&T
27 ABŞ T-Mobile
 
4G rouminq xidməti vasitəsilə Azərbaycana səfər edən xarici qonaqlar "Bakcell" şəbəkəsini seçməklə LTE texnologiyasının təmin etdiyi yüksək keyfiyyətli və daha sərfəli qiymətli rouminq xidmətlərindən faydalanmaq imkanını əldə edirlərr. Şirkətin ölkə daxilində LTE rouminq xidmətləri göstərən tərəfdaşlarının sayı  artıq 32-yə çatıb.
 
"Bakcell" şirkətinin LTE rouminq xidməti həm fərdi, həm də korporativ müştərilərə eyni şərtlərlə təqdim olunur.
 
"Şəbəkəmizin inkişaf etdirilməsi, o cümlədən 4G şəbəkəsinin  genişləndirilməsi istiqamətində həyata keçirilmiş böyük investisiyalar çərçivəsində "Bakcell" şirkəti Azərbaycana gələn xarici qonaqlara və əlbəttə, xarici ölkələrə tez-tez səfər edən abunəçilərinə 4G LTE xidmətini təklif etməkdən məmnunluq duyur. Şəbəkəmizdə ən son texnologiyalardan və ən yaxşı mobil İnternet təcrübəsindən istifadə etmək istəyən, xüsusilə biznes fəaliyyəti ilə məşğul olan və xarici ölkələrə səfərləri zamanı  istədiyi vaxt rabitə əlaqəsi qurmaq istəyən xeyli abunəçimiz var. Həmçinin, Azərbaycana gələn istifadəçilər 4G mobil rabitə operatoru kimi yalnız "Bakcell" şəbəkəsini seçirlər və 4G şəbəkəsindən asanlıqla istifadə edərək özlərini evlərindəki kimi hiss edirlər. Biz öz rouminq tərəfdaşlarımızın siyahısının genişləndirilməsi istiqamətində işləri davam etdiririk", - deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
 
Gündəlik olaraq 1000-ə yaxın qonaq məlumat axtarmaq, e-poçt vasitəsilə əlaqə saxlamaq və İnternetdən istifadə etmək üçün gündə orta hesabla 17MB sərf edərək "Bakcell" şəbəkəsinin təqdim etdiyi ən sürətli LTE xidmətindən faydalanır. "Bakcell" LTE şəbəkəsindən ən çox istifadə edən qonaqların aid olduğu ilk  beşliyə daxil olan ölkələrin siyahısı:
 
Ölkə İstifadəçilər
Rusiya
 
49.81%
Almaniya
 
7.80%
İtaliya
 
7.66%
Birləşmiş Krallıq
 
7.42%
Niderland 3.34%
 
 
 
Qeyd: Türkiyədə LTE xidmətləri təklif olunmadığına görə hazırda bu ölkədə LTE rouminq xidmətinin istifadəçiləri yoxdur.
 
 
"Bakcell" abunəçiləri üçün LTE rouminq xidmətinin qiyməti 2G və 3G şəbəkələrində rouminq xidmətinin qiymətləri ilə eynidir.
 
 
Ziyarət olunan ölkədə fəaliyyət göstərən operator şəbəkəsinin şərtlərindən asılı olaraq, "Bakcell" orta hesabla 30 Mb/san həcmində  yükləmə və ötürmə sürəti ilə 4G LTE rouminq xidmətlərini təqdim edir.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL