waplog

Bir ayda “Elektron hökumət” portalına 355 minə yaxın daxilolma qeydə alınıb


“Elektron hökumət” portalına daxilolmaların sayı sürətlə artmaqda davam edir.
 
“ICTnews” elektron xəbər xidmətinin “Elektron hökumət” bülleteninin noyabr buraxılışına istinadən verdiyi məlumata görə, təkcə oktyabr ayında portala 354,607 daxilolma qeydə alınıb.
 
Portala müraciət edənlərin ümumi sayı isə 108,319 nəfər olub. Həmin şəxslər 1,439,982 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 746,559 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 39 saniyə təşkil edib.
 
Oktyabr ayı ərzində portala müraciət edənlərin 20.2 faizini yeni istifadəçilər, 79.8 faizini isə təkrar müraciət edənlər təşkil edib.
 
Onu da qeyd edək ki, statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin oktyabr ayının 31-ə qədər portala ümumilikdə 9,537,237 daxilolma qeydə alınıb.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL