waplog

NASA “Ultra HD” yayıma başlayır


ABŞ Kosmik Agentliyi (NASA) kütləvi bazar üçün nəzərdə tutulan "Ultra HD" formatlı ilk kanalın yayımına başlayıb. Videonun kosmosdan yayımlanması "Harmonic" şirkətinin kontent çatdırma sistemi əsasında həyata keçirilir.
 
Translyasiyası "SES AMC-18C" peykindən aparılan kanalın yayılması ilə "NASA" və "Harmonic" birlikdə məşğul olur. "Harmonic" hazırda peyk, kabel və digər ödənişli televiziya operatorları ilə "NASA"-nın yeni kanalının kommersiya TV platformalarına qoşulması ilə bağlı danışıqlar aparır.
 
"Harmonic" şirkətinin nümayəndəsi Piter Aleksander bildirib ki, "NASA TV UHD"  təkcə Şimali Amerika ərazisində "Ultra HD" formatlı ilk kanal yox, üstəlik, videoya kosmosa qoşulmaq imkanıdır.
 
"NASA TV UHD" çərçivəsində ümumilikdə səkkiz müstəqil proqramın yayılması nəzərdə tutulur, - "TelecomDaily" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL