waplog

BTİ-nin Dünya Rabitə Konfransı avtomobil radarları üçün tezlik diapazonunun ayrılması ilə bağlı qərar qəbul edib


Kiçik hərəkət radiuslu avtomobil radarlarının fəaliyyəti üçün lazımi radiotezlik spektri 79 QHs tezlik diapazonunda ayrılıb.
 
 Bu qərar 2-27 noyabr tarixlərində Cenevrədə keçirilmiş Dünya Rabitə Konfransında qəbul olunub. 79 QHs tezlik diapazonunun ayrılması toqquşmaların qarşısının alınması üçün nəzərdə tutulmuş avtomobil radarları üçün qlobal səviyyədə razılaşdırılmış reqlament əsasını təmin edir.
 
 
Avtomobil radarları üçün tezlik diapazonunun ayrılması hər il noyabrın üçüncü bazar gününü dünya yol qəzaları qurbanlarının xatirə günü kimi qeyd edən Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının çağırışına cavab olaraq həyata keçirilib. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən tezlik diapazonunun ayrılması indi bu qlobal ehtiyacın təmini üçün ən vacib texnologiyalardan birinin inkişafını asanlaşdıracaq.
 
«Avtomobil radarları üçün 79 QHs tezlik diapazonunun ayrılması ilə bağlı qərar avtomobil sənayesinə dünyada toqquşmaların qarşısının alınması üçün radiolokasiya qurğuları quraşdırmağa imkan verəcək - BTİ-nin Baş katibi Xoulin Çjao deyib.
 
BMT-nin məlumatına əsasən, hər il dünyada yol-nəqliyyat qəzaları nəticəsində 1,25 milyondan çox insan dünyasını dəyişir.
 
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL