waplog

«Pepsi» öz smartfonunu nümayiş etdirib


Bir ay əvvəl şəbəkədə «Pepsi» brendinə məxsus smartfonun bazara çıxarılması haqda şayiələr yayılmışdı. Ancaq şirkət bu informasiyanı təsdiqləyib və ilk «Pepsi Phone P1» smartfonunu rəsmən nümayiş etdirib.
 
«ICTnews.az» saytı «onliner.by» saytına istinadən yazır ki, alüminium korpusa malik «Pepsi Phone P1» smartfonu 1920x1080 piksel təsvir ölçüsünə malik 5,5 düym diaqonallı ekranla təchiz edilib. Aparat 1,7 Qhs takt tezlikli səkkiznüvəli «MediaTek MT6792» prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaşa malikdir. Ön panelə 5 Mp-lik, arxa paneldə isə 13 Mp-lik kamera quraşdırılıb. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir. İki SİM kart dəstəkləyən smartfon «LTE» şəbəkəsində işləyə bilər və ikinci SİM kart slotunu «microSD» kartı üçün slot kimi istifadə etmək olar.
 
 
Hazırda bu qurğunu yalnız çinli istehlakçılar xüsusi resursda sifariş edə bilərlər.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL